Azərbaycan qara kürü ixracını kəskin artırıb
- 24 iyun, 2022
- 10:33
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 4 ayında Azərbaycana xaricdən 530,57 min ABŞ dolları dəyərində 1,67 ton qara kürü (nərə balıqlarının kürüsü) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 20,1 % çoxdur.
Çindən 507,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 23,1 % artıb) 1,64 ton (+19,7 %) və Amerika Birləşmiş Ştatlarından (ABŞ) 23,07 min ABŞ dolları dəyərində 0,03 ton (bir illik aradan sonra idxal bərpa edilib) məhsul alınıb.
Azərbaycan hesabat dövründə 80 min ABŞ dolları dəyərində 0,07 ton qara kürü ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 7 dəfə artıb.
Birləşmiş Ərəb Əmirliklərinə 35,37 min ABŞ dolları dəyərində (+97,3 %) 0,02 ton (+2 dəfə), ABŞ-a 25,56 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb), təyin olunmayan ölkəyə 19,07 min ABŞ dolları dəyərində 0,01 ton məhsul göndərilib.