Azərbaycan Qambiyaya yumurta satmağa başlayıb

Biznes
  • 13 avqust, 2025
  • 10:27
Azərbaycan Qambiyaya yumurta satmağa başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 5 milyon ABŞ dolları dəyərində 69 milyon 772 min ədəd yumurta (inkubasiya üçün mayalanmış yumurta istisna olmaqla) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 % azdır, kəmiyyət olaraq – 19 % çoxdur.

Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə 2,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59,3 % çoxdur) 45 milyon 902 min ədəd (+2,4 dəfə), Amerika Birləşmiş Ştatlarına 2 milyon ABŞ dolları dəyərində 22 milyon 179 min ədəd (bir il əvvəl tədarük olmayıb), Qambiyaya 54,9 min ABŞ dolları dəyərində 898,6 min ədəd və Syerra-Leoneyə 50,6 min ABŞ dolları dəyərində 792 min ədəd (bir il əvvəl tədarük olmayıb) yumurta satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qambiyaya tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti