Azərbaycan Portuqaliyaya dəri ixracını bərpa edib
- 23 yanvar, 2025
- 09:28
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-may aylarında Azərbaycan 7,6 milyon ABŞ dolları dəyərində 705 min ədəd dəri (iribuynuzlu heyvan, qoyun və quzu) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1 % çoxdur, kəmiyyət olaraq – 40 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 6,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 629 min ədəd (-45 %), İrana 386 min ABŞ dolları dəyərində 13 min ədəd (bir il əvvəl tədarük olmayıb), Çinə 381,5 min ABŞ dolları dəyərində 20,6 min ədəd, Hindistana 364,4 min ABŞ dolları dəyərində (-50 %) 14,9 min ədəd (-62 %), Portuqaliyaya 61 min ABŞ dolları dəyərində 2,1 min ədəd məhsul satıb.
Azərbaycan 3 il 4 aylıq fasilənin ardından Portuqaliyaya heyvan dərisinin tədarükünü bərpa edib.