Azərbaycan Portuqaliyadan şüşə tara alışını bərpa edib

Biznes
  • 08 yanvar, 2025
  • 08:59
Azərbaycan Portuqaliyadan şüşə tara alışını bərpa edib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 30,93 milyon ABŞ dolları dəyərində 198 milyon 59 min ədəd şüşə tara (malın saxlanılması, daşınması və qablaşdırılması üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 27 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 24,82 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 17 % çoxdur) 159,77 milyon ədəd (+24 %), Gürcüstandan 2,12 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 12,1 milyon ədəd (+2,3 dəfə), Türkiyədən 1,58 milyon ABŞ dolları dəyərində (-34 %) 6,57 milyon ədəd (-18 %), Çindən 819 min ABŞ dolları dəyərində (+67 %) 14,3 milyon ədəd (+85 %), Ukraynadan 445,1 min ABŞ dolları dəyərində (+18 %) 917,2 min ədəd (+11,6 %) məhsul alıb.

Azərbaycan 2 il 5 aylıq fasilənin ardından Portuqaliyadan (8,22 min ABŞ dolları dəyərində 1,58 min ədəd) tədarükü bərpa edib.

44 - Tezliklə