Azərbaycan Portuqaliyadan günəbaxan yağı almağa başlayıb

Biznes
  • 17 fevral, 2022
  • 07:39
Azərbaycan Portuqaliyadan günəbaxan yağı almağa başlayıb

Azərbaycan 2021-ci ilin 11 ayı ərzində xaricdən 62 milyon 948,38 min ABŞ dolları dəyərində 46 min 938,95 ton günəbaxan və ya saflor yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 67,32 %, kəmiyyət olaraq – 1,61 % artıb.

Azərbaycana Rusiyadan 61 milyon 482,77 min ABŞ dolları dəyərində 46 min 125,35 ton, Türkiyədən 1 milyon 039,42 min ABŞ dolları dəyərində 563,46 ton, Ukraynadan 325,43 min ABŞ dolları dəyərində 197,44 ton, İtaliyadan 53,38 min ABŞ dolları dəyərində 22,23 ton, İrandan 34,69 min ABŞ dolları dəyərində 24,73 ton məhsul gətirilib.

2020-ci ilin eyni dövrü ilə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 67,9 % və 1,59 % artıb, Türkiyədən – 46,6 % artıb və 0,29 % azalıb, Ukraynadan – 58,85 % və 7,97 % artıb, İtaliyadan – 14,35 % və 30,68 % azalıb, İrandan – 19 dəfə və 15 dəfə artıb. İki il 4 aylıq fasilənin ardından Lüksemburqdan tədarük bərpa edilib. Ötən il son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Portuqaliyadan günəbaxan yağı idxal edilib. Bu ölkələrdən müvafiq olaraq 0,03 min ABŞ dolları dəyərində 0,01 ton və 0,05 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.

Hesabat dövründə ölkədən 8 milyon 405,51 min ABŞ dolları dəyərində 5 min 304,77 ton günəbaxan və ya saflor yağı ixrac edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 49,07 % çoxdur və 3,38 % azdır.

44 - Tezliklə