Azərbaycan Portuqaliyadan alüminium folqa tədarük etməyə başlayıb

Biznes
  • 10 dekabr, 2024
  • 09:51
Azərbaycan Portuqaliyadan alüminium folqa tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 4,39 milyon ABŞ dolları dəyərində 743,9 ton alüminium folqa idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 1 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 1,28 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % azdır) 250 ton (-18 %), Yunanıstandan 1,1 milyon ABŞ dolları dəyərində (+60 %) 169 ton (+56 %),Türkiyədən 802 min ABŞ dolları dəyərində (+13 %) 145 ton (+31 %), Niderlanddan 801 min ABŞ dolları dəyərində (+38 %) 99 ton (+21 %), Rusiyadan 264 min ABŞ dolları dəyərində (-29 %) 58 ton (-24 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Portuqaliyadan (0,04 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti