Azərbaycan pomidor ixracını diversifikasiya edəcək

Azərbaycan pomidor ixracını diversifikasiya edəcək Pomidor ixracı ilə bağlı Avropa və Körfəz ölkələri nəzərdən keçirilir
Biznes
28 Yanvar , 2021 14:31
Azərbaycan pomidor ixracını diversifikasiya edəcək

İlk xəbər saat 12:11-də verilib

“Pomidor istehsalçılarımız üçün yeni ixrac bazarlarının qurulması istiqamətində işlər aparılır”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, pomidor ixracı ilə bağlı Avropa və Körfəz ölkələri nəzərdən keçirilir: “Körfəz ölkələrinə ixrac üçün sahibkarların “Qlobal Gab” sertifikatı əldə etməlidirlər. Bu istiqamətdə artıq işlərə başlanılıb”.

Y.Abdullayev əlavə edib ki, pomidor istehsalı ilə məşğul olan bəzi xırda müəssisələrin korporativləşməsi istiqamətində də işlər həyata keçirilir.

Xatırladaq ki, Azərbaycanın pomidor ixracında əsas üstünlüyü Rusiya bazarıdır. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub. Həmin şirkətlər “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur.

Bu istehsalçıların məhsulunda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir.

Hazırda Azərbaycanın 33 sahibkarlıq subyektinə Rusiyaya pomidor ixrac etməyə icazə verilir.

***

Y.Abdullayev həmçinin qeyd edib ki, Azərbaycan Avropa və Körfəz ölkələrinə 50 milyon ABŞ dolları dəyərində ixrac hədəfləyib: "Bu, Azərbaycanın pomidor ixracının 25-30%-ni təşkil edir. “Birbaşa xarici investisiyaların təşviqinə dair 2021-2025-ci illər üçün Strategiya”da pomidor ixracının dəyərinin 50 milyon dollara çatdırılması ilə bağlı hədəf qoymuşuq. Məqsədimiz 5 il ərzində bu göstəriciyə çatmaqdır. Rusiya Azərbaycanın ixracında mövcud bazar olaraq qalır və qalacaq.Azərbaycan ötən il 200 milyon dollar dəyərində pomidor ixrac edib. Bunun 95%-i məhz Rusiyanın payına düşüb. Bu bazardan tamamilə imtina edib, digər bazarlara yönəlmək istəmirik. Sadəcə pomidor ixracını diversifikasiya etmək istəyirik".

Son xəbərlər

Orphus sistemi