Azərbaycan Polşadan pərdə tədarükünü bərpa edib
- 14 dekabr, 2024
- 10:31
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1,48 milyon ABŞ dolları dəyərində 1 milyon 20 min 63 kvadratmetr pəncərə pərdəsi idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 4,2 %, kəmiyyət olaraq – 22 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 % azdır) 888 min 366 kvadratmetr (+17 %), Çindən 149 min ABŞ dolları dəyərində (+54 %) 123 min 321 kvadratmetr (+66 %), İtaliyadan 14 min ABŞ dolları dəyərində (-33 %) 161 kvadratmetr (-64 %), Qazaxıstandan 14 min ABŞ dolları dəyərində 385 kvadratmetr (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 12,23 min ABŞ dolları dəyərində (-31 %) 2 min 170 kvadratmetr (-21 %) məhsul alıb.
Azərbaycan 2 il 5 aylıq fasilənin ardından Polşadan (2,6 min ABŞ dolları dəyərində 13,1 kvadratmetr) tədarükü bərpa edib.