Azərbaycan Polşadan nərə balığı tədarükünü kəskin artırıb

Biznes
  • 01 sentyabr, 2023
  • 10:17
Azərbaycan Polşadan nərə balığı tədarükünü kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 1,714 milyon ABŞ dolları dəyərində 1 min ton nərə balığı (dondurulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 48 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 754 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 55,5 % çoxdur) 710 ton (+74 %), Polşadan 370 min ABŞ dolları dəyərində (+3,8 dəfə) 104 ton (+8 dəfə), İtaliyadan 153 min ABŞ dolları dəyərində (-37 %) 20 ton (-53 %), Qazaxıstandan 124 min ABŞ dolları dəyərində (-53 %) 86 ton (-49 %), Çindən 120 min ABŞ dolları dəyərində (+2 dəfə) 28 ton (+2 dəfə) məhsul alıb.

2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 1 min 664 ton nərə balığının 55 %-i Rusiyanın, 25,4 %-i Qazaxıstanın 6,5 %-i Polşanın payına düşüb.