Azərbaycan Polşadan kətan yağının alışını bərpa edib
- 16 dekabr, 2024
- 11:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 23,9 min ABŞ dolları dəyərində 5,51 ton kətan yağı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 84 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 22,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49 % çoxdur) 5,4 ton (+86 %), Almaniyadan 0,45 min ABŞ dolları dəyərində (-37 %) 0,05 ton (-29 %), Türkiyədən 0,35 min ABŞ dolları dəyərində (+75 %) 0,06 ton (+6 dəfə), Litvadan 0,15 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 0,08 min ABŞ dolları dəyərində (-58 %) 0,01 ton (dəyişməyib) məhsul alıb.
Azərbaycan 5 il 5 aylıq fasilənin ardından Polşadan (0,04 min ABŞ dolları dəyərində 0,01 ton) kətan yağının tədarükünü bərpa edib.