Azərbaycan Polşadan çətir tədarükünü bərpa edib
- 19 mart, 2024
- 05:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan 477 min ABŞ dolları dəyərində 27 min 566 ədəd çətir idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 9 % çoxdur, kəmiyyət olaraq 50 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 311 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,3 % çoxdur) 2 min 565 ədəd (+8 %), Çindən 124 min ABŞ dolları dəyərində (-4 %) 24 min 310 ədəd (-53 %), Polşadan 22,44 min ABŞ dolları dəyərində 100 ədəd, İtaliyadan 7,1 min ABŞ dolları dəyərində (+9,3 dəfə) 4 ədəd (dəyişməyib), Rusiyadan 3,31 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 72 ədəd (+18 dəfə) məhsul alıb.
Azərbaycan 3 ilin tamamında Polşadan çətir tədarükünü bərpa edib.