Azərbaycan piy və yağ ixracını təxminən 14 % artırıb

Biznes
  • 28 noyabr, 2024
  • 09:12
Azərbaycan piy və yağ ixracını təxminən 14 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 22 milyon 741,66 min ABŞ dolları dəyərində 13 min 692,88 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 13,8 %, həcmi isə 13,6 % artıb.

Oktyabrda isə ölkədən 2 milyon 752,78 min ABŞ dolları məbləğində 1 642,53 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 15,1 % və 1,2 % çoxdur.

Bu ilin 10 ayında Azərbaycan 2 milyard 388 milyon 529,74 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında bitki və heyvan mənşəli piylər və yağların payı 0,95 % təşkil edir.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyənin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 17,4 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti