Azərbaycan Permdən bu il taxta-şalban idxalını 35 % azaldıb
- 24 iyul, 2023
- 10:23
Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Perm bölgəsindən 114,01 min kubmetr taxta-şalban idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 34,6 % və ya 60,25 min kubmetr azdır.
Hesabat dövründə "Rosselxoznadzor"un Kirov vilayəti, Udmurt Respublikası və Perm ərazisi üzrə İdarəsi, bölgədən Azərbaycana ağac məhsullarının ixracına 1 072 fitosanitar sertifikat verib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 36,7 % və ya 621 ədəd azdır.
Təkcə bu ilin iyul ayında isə Permdən Azərbaycana 8 031,8 kubmetr taxta-şalban ixrac edilib və 74 fitosanitar sertifikat verilib. "VNIIKR" Federal Dövlət Büdcə Qurumunun Perm şöbəsi, laboratoriya müayinəsi zamanı məhsullarda zərərli orqanizmlərin olmadığını təsdiqləyib.