Azərbaycan Parisdə keçirilən “Çay şəhərciyi”ndə təmsil olunacaq.
"Report"un Fransa bürosu xəbər verir ki, tədbir Azərbaycanın Fransadakı səfirliyi, Fransada Azərbaycanın Dostları Assosiasiyası, Paris Azərbaycan Evinin təşkilatçılığı ilə sentyabrın 27-29-da baş tutacaq.
“Çay şəhərciyi”ndə Azərbaycanın çayla bağlı ənənələri və məhsulları nümayiş olunacaq.