Azərbaycan Paraqvaydan xurma tədarük etməyə başlayıb

Biznes
  • 19 sentyabr, 2023
  • 07:35
Azərbaycan Paraqvaydan xurma tədarük etməyə başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 7,63 milyon ABŞ dolları dəyərində 5,34 min ton xurma (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrün göstəricisindən dəyər ifadəsində 4,8 %, kəmiyyət olaraq – 4 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 4,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,8 % çoxdur) 3 min 953 ton (+1,4 %), Tunisdən 1,7 milyon ABŞ dolları dəyərində (+34 %) 940 ton (+39 %), İsraildən 527 min ABŞ dolları dəyərində (-18 %) 72,5 ton (-20 %), Əlcəzairdən 507 min ABŞ dolları dəyərində (-34 %) 273 ton (-35 %), Səudiyyə Ərəbistanından 288 min ABŞ dolları dəyərində (+5,8 dəfə) 63,3 ton (+10,5 dəfə) məhsul gətirib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Paraqvaydan (17 min ABŞ dolları dəyərində 2,5 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 7,4 min ton xurmanın 78,2 %-i İranın, 11,5 %-i Tunisin, 7 %-i Əlcəzairin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti