Azərbaycan Pakistandan karri alışını bərpa edib
- 16 dekabr, 2024
- 13:07
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 156,5 min ABŞ dolları dəyərində 40,9 ton karri idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 11 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 43,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % azdır) 20,6 ton (+6 %), Almaniyadan 34,3 min ABŞ dolları dəyərində (+31 %) 5,1 ton (+25 %), Türkiyədən 25 min ABŞ dolları dəyərində (+2 %) 5,7 ton (+4 %), Gürcüstandan 21,1 min ABŞ dolları dəyərində 1,3 ton (bir il əvvəl tədarük olmayıb), Hindistandan 15,5 min ABŞ dolları dəyərində (+83 %) 3,6 ton (-3 %) məhsul alıb.
Azərbaycan 3 il 6 aylıq fasilənin ardından Pakistandan (2,3 min ABŞ dolları dəyərində 2,3 ton) karri tədarükünü bərpa edib.