Azərbaycan Özbəkistandan rəngsaz fırçaları idxal etməyə başlayıb
- 06 mart, 2024
- 10:39
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 2,4 milyon ABŞ dolları dəyərində 5,2 milyon ədəd rəngsaz fırçası idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,2 % azdır) 3,5 milyon ədəd (-4,5 %), Çindən 177 min ABŞ dolları dəyərində (+77 %) 1,1 milyon ədəd (+47 %), Rusiyadan 84 min ABŞ dolları dəyərində (-26 %) 199 min ədəd (+59 %), Polşadan 65 min ABŞ dolları dəyərində (+9 dəfə) 367 min ədəd (+10 dəfə), Çexiyadan 24 min ABŞ dolları dəyərində (+2 dəfə) 13,5 min ədəd (+3 dəfə) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan (2,3 min ABŞ dolları dəyərində 4,7 min ədəd) tədarük həyata keçirilib.