Azərbaycan Özbəkistandan qoz idxalını 4 dəfə artırıb

Biznes
  • 24 may, 2024
  • 13:35
Azərbaycan Özbəkistandan qoz idxalını 4 dəfə artırıb

Bu ilin I rübündə Azərbaycan 9,8 milyon ABŞ dolları dəyərində 3 min ton yunan qozu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 39 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 8,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % çoxdur) 2 min 633 ton (+42 %), Qırğızıstandan 966 min ABŞ dolları dəyərində (+45 %) 256 ton (+50 %), Özbəkistandan 281 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 59 ton (+4 dəfə), Amerika Birləşmiş Ştatlarından 263 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 83 ton (+2 dəfə), Çindən 80 min ABŞ dolları dəyərində (-47 %) 17 ton (-62 %) qoz gətirib.

2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 5 min ton yunan qozunun 73,8 %-i Ukraynanın payına düşüb.