Azərbaycan Özbəkistandan konteyner tədarük etməyə başlayıb
- 28 avqust, 2024
- 11:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 2,53 milyon ABŞ dolları dəyərində 968 ədəd konteyner idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1,91 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 763 ədəd (+3,1 dəfə), Sinqapurdan 225 min ABŞ dolları dəyərində 75 ədəd, İtaliyadan 109 min ABŞ dolları dəyərində (-78 %) 33 ədəd (+11 dəfə), Özbəkistandan 90 min ABŞ dolları dəyərində 30 ədəd, Böyük Britaniyadan 75 min ABŞ dolları dəyərində (-0,3 %) 3 ədəd (-50 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan tədarük həyata keçirilib.