Azərbaycan Özbəkistandan fetr və keçə tədarük etməyə başlayıb
- 23 mart, 2024
- 12:26
Ötən il Azərbaycana 3,91 milyon ABŞ dolları dəyərində 3 min 164 ton fetr və keçə idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 3,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çoxdur) 2 min 858 ton (+27 %), İrandan 330 min ABŞ dolları dəyərində (+6 %) 266 ton (+2 %), Özbəkistandan 85,32 min ABŞ dolları dəyərində 17,83 ton, Çindən 54,93 min ABŞ dolları dəyərində (-27 %) 18,36 ton (+63 %), Almaniyadan 15,89 min ABŞ dolları dəyərində (+2 dəfə) 1,24 ton (+5 dəfə) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan tədarük həyata keçirilib.