Azərbaycan Özbəkistana zeytun yağı ixracını kəskin artırıb

Biznes
  • 05 oktyabr, 2023
  • 11:26
Azərbaycan Özbəkistana zeytun yağı ixracını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 4,1 milyon ABŞ dolları dəyərində 1 min 20 ton zeytun yağı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 % çoxdur, kəmiyyət olaraq 20 % azdır.

Hesabat dövründə Azərbaycan İspaniyadan 2,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % çoxdur) ton 585 ton (-25 %), İtaliyadan 1,1 milyon ABŞ dolları dəyərində (+43 %) 213 ton (-1 %), Türkiyədən 567,11 min ABŞ dolları dəyərində (-6 %) 131,4 ton (-23 %), Yunanıstandan 121 min ABŞ dolları dəyərində (+2,5 %) 90 ton (+1,1 %), Lüksemburqdan 17,1 min ABŞ dolları dəyərində (+6,2 %) 1,2 ton (-5,5 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 898,4 min ABŞ dolları dəyərində (+7 dəfə) 185,2 ton (+6 dəfə) zeytun yağı ixrac edib.

Azərbaycan Türkiyəyə 665 min ABŞ dolları dəyərində 148 ton (ilk dəfə tədarük olub), İraqa 94,4 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 15,9 ton (+45,5 %), Gürcüstana 96,9 min ABŞ dolları dəyərində (+21 %) 15,23 ton (-17 %), Özbəkistana 32,7 min ABŞ dolları dəyərində (+72 dəfə) 5,1 ton (+46 dəfə), Amerika Birləşmiş Ştatlarına 3,9 min ABŞ dolları dəyərində 0,7 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

2022-ci ildə Azərbaycandan (10 ölkəyə) ixrac edilmiş 125 ton zeytun yağının 41,6 %-i Rusiyanın, 31,2 %-i Gürcüstanın payına düşüb.

44 filmi