Azərbaycan Özbəkistana şüşə tara ixrac etməyə başlayıb
- 12 mart, 2024
- 10:08
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 982 min ABŞ dolları dəyərində 3 milyon 618 min ədəd şüşə tara (malın saxlanılması, daşınması və qablaşdırılması üçün) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 30 % çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 622,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,4 dəfə çoxdur) 1 min 828 ədəd (+6,7 dəfə), Moldovaya 193,2 min ABŞ dolları dəyərində (+4 dəfə) 587,1 min ədəd (+7 dəfə), Rusiyaya 120 min ABŞ dolları dəyərində (-2 %) 733 min ədəd (-67 %), Özbəkistana 32,1 min ABŞ dolları dəyərində 188,2 min ədəd, Qazaxıstana 7,4 min ABŞ dolları dəyərində 53,3 min ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistana tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycandan 7 ölkəyə ixrac edilən 321 min ABŞ dolları dəyərində şüşə taranın 43,6 %-i Gürcüstanın, 37,7 %-i Rusiyanın payına düşüb.