Azərbaycan Özbəkistana noxud ixracını 3 dəfədən çox artırıb

Biznes
  • 06 iyun, 2024
  • 14:16
Azərbaycan Özbəkistana noxud ixracını 3 dəfədən çox artırıb

Bu ilin I rübündə Azərbaycan 526,9 min ABŞ dolları dəyərində 733,6 ton qurudulmuş noxud ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 283,6 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) dəyərində 447,9 ton (+2,5 dəfə), Özbəkistana 243 min ABŞ dolları dəyərində (+3 dəfə) 285,6 ton (+3,4 dəfə) və Birləşmiş Ərəb Əmirliklərinə 0,2 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) noxud satıb.

2023-cü ildə Azərbaycandan 5 ölkəyə ixrac edilmiş 1 min 325 ton noxudun 78,9 %-i Rusiyanın payına düşüb.

44 filmi