Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının iclasının vaxtı məlum olub

Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının iclasının vaxtı məlum olub Bu il iyulun 10-da Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının növbəti 13-cü iclası keçiriləcək.
Biznes
9 İyul , 2024 12:37
Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının iclasının vaxtı məlum olub

Bu il iyulun 10-da Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının növbəti 13-cü iclası keçiriləcək.

Bu barədə “Report”a Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyindən məlumat verilib.

“Sabah, iyulun 10-da Daşkənddə Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək”, - məlumatda qeyd olunub.

Hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovdur.

Xatırladaq ki, Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının 12-ci iclası 2023-cü ildə Şuşada keçirilib. Həmin iclasda sənaye kooperasiyasının inkişafı, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən regionlararası və mədəni-humanitar əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi