Azərbaycan-Özbəkistan arasında birgə tekstil müəssisələri yaradıla bilər

Azərbaycan-Özbəkistan arasında birgə tekstil müəssisələri yaradıla bilər Özbəkistan Azərbaycan bazarına keyfiyyətli tekstil məhsullarını ixrac etməyə hazırdır.
Biznes
504
25 Avqust , 2020 14:05
Azərbaycan-Özbəkistan arasında birgə tekstil müəssisələri yaradıla bilər

"Son  illər ərzində Azərbaycan və Özbəkistan arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərində irəliləyiş əldə edilib". 

“Report” xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər nazirinin müavini İlhomjon Nemətov bu gün keçirilən "Made in Uzbekistan Textile" onlayn biznes-forumunun plenar iclası zamanı deyib. 

O əfsusla bildirib ki, bu ilin əvvəlində Azərbaycana planlaşdırılmış səfər koronavirus pandemiyasına görə təxirə salınıb: "Əminəm ki, hazırda davam edən  iclas biznes əlaqələrin inkişafını təşviq edəcək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək. İclas Özbəkistan şirkətlərinin Azərbaycan şirkətləri ilə birgə ortaq müəssisələrin yaradılmasına yol açacaq. İclas çərçivəsində B2B görüşlər də keçiriləcək. İnanıram ki, forum yalnız tekstil sənayesinin deyil, həmçinin bütün sahələrdə ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək. Azərbaycanın tekstil sənayesində mövcud olan uğurlu potensialını bilirəm. Bugünkü  iclas ölkələr arasında tekstil sektorunda əlaqələri inkişaf etdirəcək”.

 Daha sonra isə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov çıxış edib.

O deyib ki, hazırda keçirilən iclas pandemiyanın mövcud olduğu şəraitdə keçirilən ikinci onlayn görüşdür: “Azərbaycan-Özbəkistan onlayn biznes-forumu  iyunda keçirilmişdi. Həmin biznes-forum iki ölkə arasında iqtisadiyyatın bir sıra sahələrinin inkişaf edirilməsini nəzərdə tuturdu. Bir sıra sahələri əhatə edən iş adamları həmin toplantıya qatılmışdı.

Həmin biznes-forumun nəticələrinə görə, Özbəkistanın tekstil sənayesində fəaliyyət göstərən şirkətlər Azərbaycan tərəfi ilə tekstil sektorunu əhatə edən iş adamları ilə ayrıca görüşlərin keçirilməsini istəmişdilər. Bu dəfə biz iqtisadiyyatın ən inkişaf edən sahələrindən biri olan tekstil sənayesinə fokuslanmışıq. Özbəkistan Azərbaycan bazarına keyfiyyətli tekstil məhsullarını ixrac etməyə hazırdır. Əminəm ki, bugünkü tədbir ikitərəfli əlaqələrin inkişafına əlavə təkan verəcək. Qeyd etmək istərdim ki, koronavuris pandemiyasının mövcud olduğu şəraitdə kiçik və orta sahibkarların həm daxili bazarda, həm də xarici bazarda dialoqu vacibdir. Pandemiyaya görə kiçik və orta sahibkarlar məhv olmasınlar. Bilirəm ki, Özbəkistan və Azərbaycan hökumətləri biznesə dəstək paketləri həyata keçirir".

Qeyd edək ki, iclasda Özbəkistanın Xarici İşlər Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), “Uztekstilprom” Assosiyasiyası, Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Özbəkistan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 40 mln 828 min ABŞ dolları təşkil edib. Belə ki, ticarət dövriyyəsində Azərbaycanın Özbəkistana ixracı 6 mln ABŞ dolları, idxalı isə 34,8 mln ABŞ dolları təşkil edib.  

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 7%-ə qədər artıb.

Son xəbərlər

Orphus sistemi