Azərbaycan ötən il Rusiyanın qoz ixracında 6 % paya malik olub

Biznes
  • 30 avqust, 2023
  • 12:42
Azərbaycan ötən il Rusiyanın qoz ixracında 6 % paya malik olub

2022-ci ildə Azərbaycan Rusiyanın ixrac etdiyi qozun 6 %-nin alıcısı olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Rosselxozbank” məlumat yayıb.

Məlumata görə, ötən il Rusiya Azərbaycana 1,5 min ton qoz satıb.

Hesabat dövründə Rusiyanın ixrac etdiyi 25 min ton qozun 79 %-ni və yaxud 19,75 min tonunu Çin, yenə də 6 %-ni və yaxud 1,5 min tonunu Çexiya, 4 %-ni və yaxud 1 min tonunu isə Qazaxıstan idxal edib.

Hesabat dövründə Rusiyada 26,9 min ton qoz-fındıq, 19 min ton şam fıstığı və meşə fındığı yığılıb. Qoz-fındığın 24 %-i Krasnodarda, 16,85 %-i Rostovda, 16,7 %-i isə Stavropolda toplanıb.