Azərbaycan ötən il Gürcüstanın qida və içki tədarük etdiyi əsas bazarlardan olub
- 22 yanvar, 2024
- 12:52
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Gürcüstan Azərbaycana 105 milyon ABŞ dolları dəyərində qida və içki ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 11 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın qida və içki ixrac etdiyi 104 ölkə sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1,24 milyard ABŞ dolları dəyərində qida və içki satıb ki, bu da bir il əvvəlki göstəricidən 17 % çoxdur.
Ötən il Gürcüstandan Rusiyaya 482 milyon ABŞ dolları, Ermənistana 109 milyon ABŞ dolları, Ukraynaya 62,2 milyon ABŞ dolları, İraqa 61,4 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 844 milyon ABŞ dolları dəyərində qida və içki ixrac edib ki, bunun da 77 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan həmin məhsulların tədarükünə çəkdiyi xərci 43 % artıb.