Azərbaycan ötən il Gürcüstanın avtomobil ehtiyat hissələri ixrac etdiyi əsas ölkə olub
- 22 yanvar, 2024
- 09:53
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Gürcüstan Azərbaycana 3,21 milyon ABŞ dolları dəyərində 135 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 38 % çoxdur.
Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 13,84 milyon ABŞ dolları dəyərində 802 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 17 % və 16 % çoxdur.
Ötən il Gürcüstan Birləşmiş Ərəb Əmirliklərinə 2,9 milyon ABŞ dolları dəyərində 163 ton, Ermənistana 2,2 milyon ABŞ dolları dəyərində 236 ton, Amerika Birləşmiş Ştatlarına 1,4 milyon ABŞ dolları dəyərində 101 ton, Türkiyəyə 1,3 milyon ABŞ dolları dəyərində 52 ton tədarük həyata keçirib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 11,85 milyon ABŞ dolları dəyərində 692 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,5 milyon ABŞ dolları dəyərində 98,2 tonu Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan sözügedən məhsulların tədarükünə çəkdiyi xərci 19 %, onun həcmi isə 6,5 % artıb.