Azərbaycan ötən il 110 milyon dollarlıq Gürcüstan məhsulu idxal edib

Biznes
  • 20 yanvar, 2022
  • 07:24
Azərbaycan ötən il 110 milyon dollarlıq Gürcüstan məhsulu idxal edib

2021-ci ildə Azərbaycan Gürcüstandan 109,5 milyon ABŞ dolları dəyərində yerli istehsal məhsulları tədarük edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə idxalın həcmində 37,9 % artım qeydə alınıb.

2021-ci ildə Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3,5 % payla qonşu ölkənin yerli ixrac üzrə əsas ticarət tərəfdaşlarının ilk onluğunda VIII yeri tutub. Hesabat ilində Gürcüstandan xarici ölkələrə ümumilikdə 4 milyard 242,3 milyon ABŞ dolları (+ 26,9 %) dəyərində yerli məhsul ixrac olunub.

Qonşu ölkənin ötən il ən çox ixrac etdiyi yerli məhsulların ilk onluğuna mis filizləri və konsentratları, ferroərintilər, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, mineral gübrələr, fındıq, spirtli içkilər, qızıl, trikotaj köynəklər, tərkibində şəkər olan mineral və qazlı sular daxil olub.

44 filmi