Azərbaycan ötən ay Türkiyədən müdafiə məhsullarının idxalını kəskin azaldıb

Biznes
  • 04 fevral, 2022
  • 13:39
Azərbaycan ötən ay Türkiyədən müdafiə məhsullarının idxalını kəskin azaldıb

Bu ilin yanvar ayında Türkiyə Azərbaycana 5,103 milyon ABŞ dolları dəyərində müdafiə və aerokosmik sənaye məhsulları ixrac edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 87,1% azdır.

Ötən ay Türkiyənin ümumi müdafiə və aerokosmik sənaye məhsulları ixracının dəyəri isə illik müqayisədə 84,2% çox – 306,811 milyon dollar təşkil edib. Qonşu ölkənin müdafiə və aerokosmik sənaye məhsullarının ən böyük idxalçıları Burkino Faso (66,924 milon dollar, əvvəlki il olmayıb), ABŞ (62,377 milyon dollar, 25,2% az) və Hindistan (53,719 milyon dollar, 13 755,5% çox).