Azərbaycan Oryoldan 3 min tona yaxın kartof alıb

Biznes
  • 30 oktyabr, 2023
  • 06:22
Azərbaycan Oryoldan 3 min tona yaxın kartof alıb

Bu ilin sentyabr-oktyabr aylarında Azərbaycan Rusiyanın Oryol vilayətindən 2 977 ton ərzaqlıq kartof idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, məhsullar 148 partiyada ixrac edilib. Məhsulları "Rosselxoznadzor"un Oryol və Kursk vilayətləri üzrə idarəsi yoxlayıb. Onlar idxalçı ölkənin fitosanitar tələblərinə cavab verib.