Azərbaycan Orta Asiya ölkələrinə şəkər ixracını kəskin artırıb
- 06 oktyabr, 2023
- 10:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricə 15,24 milyon ABŞ dolları dəyərində 20 min 786 ton şəkər göndərib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47 %, kəmiyyət olaraq – 31 % çoxdur.
Azərbaycan Türkmənistana 9,57 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 71 % çoxdur) 13 min 319 ton (+52 %), Gürcüstana 2,51 milyon ABŞ dolları dəyərində (-18 %) 3 min 578 ton (-27 %), Qırğızıstana 1,8 milyon ABŞ dolları dəyərində (+6,5 dəfə) 2 min 564 ton (+5,7 dəfə), Tacikistana 765,44 min ABŞ dolları dəyərində 832 ton, Rusiyaya 524 min ABŞ dolları dəyərində (+64 %) 411,5 ton (+37 %) şəkər satıb.
Hesabat dövründə Azərbaycana 5,21 milyon ABŞ dolları dəyərində (+22 dəfə) 7 min 247 ton (+29 dəfə) şəkər idxal edilib.
Azərbaycan Rusiyadan 4,92 milyon ABŞ dolları dəyərində (+289 dəfə) 6 min 951 ton (+837 dəfə), Belarusdan 222,2 min ABŞ dolları dəyərində (+617 dəfə) 271,31 ton (+1 505 dəfə), Çindən 17,3 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 2,24 ton (+2,1 dəfə), Türkiyədən 13,8 min ABŞ dolları dəyərində (+3,8 dəfə) 5 ton (+2,7 dəfə), Lüksemburqdan 13,66 min ABŞ dolları dəyərində (+23 %) 1,54 ton (+24 %) şəkər alıb.
2022-ci ildə Azərbaycanın əsas tədarük bazarlarından Türkiyəyə (tədarük 1 092 dəfə azalıb), Rusiyaya (-368 dəfə), Ukraynaya (-19 dəfə)) şəkər idxalının kəskin azalması səbəbindən ölkəyə cəmi 322 ton (bir il əvvəl 18 min ton olub) məhsul gətirilib.