Azərbaycan Omandan polietilen tədarükünü bərpa edib
- 07 noyabr, 2024
- 07:25
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 95 milyon ABŞ dolları dəyərində 85 min 352 ton polietilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 22 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 69,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 9 % çoxdur) 59 min 296 ton (+21 %), Ukraynaya 7,95 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 8 min 331 ton (+2,7 dəfə), Belarusa 7,9 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 7 min 663 ton (+9 dəfə), Türkiyəyə 4,5 milyon ABŞ dolları dəyərində (-83 %) 4 min 907 ton (-85 %), Qazaxıstana 2,2 milyon ABŞ dolları dəyərində (+79 dəfə) 2 min 105 ton (+100 dəfə) məhsul satıb.
Hesabat dövründə Azərbaycan 40,1 milyon ABŞ dolları dəyərində (-17 %) 34 min 96 ton (-13 %) polietilen idxal edib.
Azərbaycan İrandan 18 milyon ABŞ dolları dəyərində (-35 %) 17 min 21 ton (-30 %), Səudiyyə Ərəbistanından 8,8 milyon ABŞ dolları dəyərində (+1 %) 8 min 169 ton (+7 %), Rusiyadan 4,1 milyon ABŞ dolları dəyərində (+45 %) 3 min 680 ton (+54 %), Amerika Birləşmiş Ştatlarından 2,55 milyon ABŞ dolları dəyərində (-27 %) 1 min 620 ton (-26 %), Cənubi Koreyadan 2,8 milyon ABŞ dolları dəyərində (+29 %) 1 min 66 ton (+32 %) məhsul alıb.
Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Omandan (78 min ABŞ dolları dəyərində 74,3 ton) tədarükü bərpa edib.