Azərbaycan okeanın o tayından polipropilen tədarükünü bərpa edib

Biznes
  • 14 yanvar, 2022
  • 08:33
Azərbaycan okeanın o tayından polipropilen tədarükünü bərpa edib

Ötən ilin 11 ayı ərzində Azərbaycana xaricdən 12,722 milyon ABŞ dolları dəyərində 8 min 133,56 ton polipropilen (ilkin formalarda) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 10,39 %, kəmiyyət olaraq – 33,67 % azdır.

Hesabat dövründə Koreyadan 8,982 milyon ABŞ dolları dəyərində 5 min 364 ton, İrandan 1,729 milyon ABŞ dolları dəyərində 1 min 269,1 ton, Səudiyyə Ərəbistanından 1,473 milyon ABŞ dolları dəyərində 1 min 179 ton, Rusiyadan 197,58 min ABŞ dolları dəyərində 120 ton, Türkmənistandan 134,55 min ABŞ dolları dəyərində 130 ton məhsul idxal edilib.

2020-ci ilin eyni dövrü ilə müqayisədə Koreyadan tədarük müvafiq olaraq 61,34 % və 10,33 % artıb, İrandan – 57,78 % və 66,64 %, Səudiyyə Ərəbistanından – 28,28 % və 37,95 %, Rusiyadan – 46,32 % və 57,5 %, Türkmənistandan – 92,61 % və 89,39 % azalıb. Azərbaycan bütövlükdə 12 ölkədən polipropilen alıb. Bir il 9 aylıq fasilənin ardından ABŞ-dan tədarük bərpa edilib.