Azərbaycan noyabrda Türkiyədən metal idxalına çəkdiyi xərci 7 % artırıb

Biznes
  • 04 dekabr, 2023
  • 11:28
Azərbaycan noyabrda Türkiyədən metal idxalına çəkdiyi xərci 7 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 117,968 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % çoxdur.

Təkcə noyabr ayında Türkiyə Azərbaycana 11,674 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6,5 % azdır.

11 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 13,2 % azalaraq 11,526 milyard ABŞ dollara, noyabr ayında isə 13,3 % azalaraq 0,978 milyard ABŞ dollarına düşüb.

44 filmi