Azərbaycan Novosibirskdən ilk dəfə ördək əti idxal edib

Biznes
  • 09 sentyabr, 2022
  • 08:44
Azərbaycan Novosibirskdən ilk dəfə ördək əti idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") regional şöbəsinin mütəxəssislərinin nəzarəti altında Novosibirsk quşçuluq müəssisələrindən birində hazırlanmış ördək ətinin ilk ixrac partiyası Azərbaycana göndərilib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, məhsullar Federal Dövlət Büdcə Qurumunun (ARRIAH) tabeliyində olan xidmət tərəfindən keyfiyyət və təhlükəsizlik üçün lazımi laboratoriya nəzarətindən keçib və Avrasiya İqtisadi İttifaqının, həmçinin Azərbaycanın baytarlıq-sanitariya tələblərinə uyğundur.

Azərbaycana 4,9 ton ördək ətinin ixracı avtomobil nəqliyyatı ilə həyata keçirilib. Bu ilin sentyabr ayında yük alıcıya çatıb.

44 filmi