Azərbaycan Niger və Malayziyadan lak və boya idxalını bərpa edib

Biznes
  • 13 fevral, 2024
  • 11:50
Azərbaycan Niger və Malayziyadan lak və boya idxalını bərpa edib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 34,4 milyon ABŞ dolları dəyərində 10 min 628 ton lak və boya idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17,4 %, kəmiyyət olaraq – 14 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 20 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,6 % çox) 6 min 934 ton (+3,1 %), Rusiyadan 2,6 milyon ABŞ dolları dəyərində (+61 %) 616 ton (+54 %), İtaliyadan 1,9 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 396 ton (+4 dəfə), Çindən 1,8 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 601 ton (+88 %), Almaniyadan 1,6 milyon ABŞ dolları dəyərində (+58,3 %) 295 ton (+30 %) məmulat alıb.

Azərbaycan 5 il 1 ayın tamamında Nigerdən (2,1 min ABŞ dolları dəyərində 0,02 ton) və 1 il 10 aylıq fasilənin ardından Malayziyadan (39 min ABŞ dolları dəyərində 8,3 ton) tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti