Azərbaycan Niderlanddan mis boru tədarükünü bərpa edib

Biznes
  • 29 avqust, 2023
  • 07:36
Azərbaycan Niderlanddan mis boru tədarükünü bərpa edib

Bu ilin I yarısında Azərbaycan 2,4 milyon ABŞ dolları dəyərində 242 ton mis boru və borucuq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 77 % çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 60 % çoxdur) 217,2 ton (+82 %), Türkiyədən 188,5 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 16,7 ton (+63,3 %), İtaliyadan 74,2 min ABŞ dolları dəyərində (+4,3 %) 4,7 ton (+7 %), Çindən 43,3 min ABŞ dolları dəyərində (+10 %) 2 ton (+80 %), Niderlanddan 25,7 min ABŞ dolları dəyərində 0,1 ton məhsul gətirilib.

Azərbaycan 3 il 4 aylıq fasilənin ardından Niderlanddan mis boru tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 387 ton mis boru və borucuğun 82,4 %-i Özbəkistanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti