Azərbaycan Niderlanddan makaron alışını bərpa edib

Biznes
  • 06 iyun, 2023
  • 06:51
Azərbaycan Niderlanddan makaron alışını bərpa edib

Bu ilin I rübündə Azərbaycana xarici ölkələrdən 4 milyon ABŞ dolları dəyərində 3 min 203 ton makaron məmulatları (kuskusdan başqa) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % çoxdur, kəmiyyət olaraq – 4 % azdır.

Azərbaycan Türkiyədən 2,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 2 min 340 ton (-1,6 %), Rusiyadan 1,2 milyon ABŞ dolları dəyərində (+0,7 %) 590 ton (-25 %), İtaliyadan 278 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 151 ton (+3 dəfə), Ukraynadan 160 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 70,5 ton (+97 %), Gürcüstandan 50 min ABŞ dolları dəyərində 12 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bir il 3 aylıq fasilənin ardından Azərbaycan Niderlanddan (0,2 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük bərpa edilib.

2022-ci ildə Azərbaycana (33 ölkədən) idxal edilən 17 min ton makaron məmulatının 70 %-i Türkiyənin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti