Azərbaycan Niderlanddan kassa aparatlarının idxalını bərpa edib

Biznes
  • 09 avqust, 2024
  • 12:56
Azərbaycan Niderlanddan kassa aparatlarının idxalını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 2,24 milyon ABŞ dolları dəyərində 12 min 149 ədəd kassa aparatı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 15,6 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 1,95 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14,7 % azdır) 11 min 999 ədəd (-16 %), Amerika Birləşmiş Ştatlarından 205 min ABŞ dolları dəyərində 20 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 20,64 min ABŞ dolları dəyərində 21 ədəd (bir il əvvəl tədarük olmayıb), Malayziyadan 20,31 min ABŞ dolları dəyərində 20 ədəd (bir il əvvəl tədarük olmayıb), Macarıstandan 17 min ABŞ dolları dəyərində (+70 %) 11 ədəd (+38 %) kassa aparatı alıb.

Azərbaycan 8 il 4 aylıq fasilənin ardından Niderlanddan (6,78 min ABŞ dolları dəyərində 18 ədəd) kassa aparatlarının tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti