Azərbaycan Niderlanddan istiot tədarükünü bərpa edib

Biznes
  • 18 iyul, 2024
  • 13:00
Azərbaycan Niderlanddan istiot tədarükünü bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 1,4 milyon ABŞ dolları dəyərində 346 ton istiot idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19,3 %, kəmiyyət olaraq – 9 % çoxdur.

Hesabat dövründə Azərbaycan Vyetnamdan 535,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % azdır) 135,5 ton (-20 %), Türkiyədən 366 min ABŞ dolları dəyərində (+2 dəfə) 79,4 ton (+80 %), Braziliyadan 133 min ABŞ dolları dəyərində (+96 %) 35 ton (+2,1 dəfə), Qırğızıstandan 98 min ABŞ dolları dəyərində 14 ton (bir il əvvəl tədarük olmayıb), Özbəkistandan 72 min ABŞ dolları dəyərində (+76 %) 31 ton (+63 %) istiot alıb.

Azərbaycan 4 il 4 aylıq fasilənin ardından Niderlanddan (5 min ABŞ dolları dəyərində 0,1 ton) istiot tədarükünü bərpa edib.