Azərbaycan Niderlanddan ətir idxalını bərpa edib

Biznes
  • 31 may, 2024
  • 10:41
Azərbaycan Niderlanddan ətir idxalını bərpa edib

Bu ilin I rübündə Azərbaycana xaricdən 10 milyon ABŞ dolları dəyərində 496,1 ton ətir və tualet suyu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 % çoxdur, kəmiyyət olaraq – 8 % azdır.

Hesabat dövründə Azərbaycan Fransadan 3,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % çoxdur) 41,8 ton (+31 %), Birləşmiş Ərəb Əmirliklərindən 1,1 milyon ABŞ dolları dəyərində (-3 %) 108,6 ton (-12,8 %), İtaliyadan 1 milyon ABŞ dolları dəyərində (+41 %) 17,7 ton (+73 %), İspaniyadan 919 min ABŞ dolları dəyərində (+29 %) 19,1 ton (+58 %), Çindən 736 min ABŞ dolları dəyərində (-22 %) 126,4 ton (-45 %) məhsul alıb.

Azərbaycan 1 il 3 aylıq fasilənin ardından Niderlanddan (15 min ABŞ dolları dəyərində 0,4 ton) ətir tədarükünü bərpa edib.