Azərbaycan Niderlanddan alışdırma şamlarının idxalını bərpa edib
- 12 sentyabr, 2023
- 06:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 2 milyon ABŞ dolları dəyərində 1 milyon 374 min 342 ədəd mühərriklərin işə salınması üçün alışdırma şamı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 34 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 610 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 79 % çoxdur) 931 min 117 ədəd (+53 %), Yaponiyadan 386 min ABŞ dolları dəyərində (-42 %) 64 min 451 ədəd (-64 %), Koreyadan 252 min ABŞ dolları dəyərində (+18,3 %) 87 min 33 ədəd (+15,2 %), Almaniyadan 234 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 73 min 977 ədəd (+5,5 dəfə), Amerika Birləşmiş Ştatlarından 195 min ABŞ dolları dəyərində (-9 %) 7 min 768 ədəd (+4,3 dəfə) məhsul alıb.
Azərbaycan bir ilin tamamında Niderlanddan (12,3 min ABŞ dolları dəyərində 48 ədəd) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana xaricdən (30 ölkədən) gətirilmiş 1 milyon 749 min 834 ədəd alışdırma şamlarının 55 %-i Çinin, 21,4 %-i Yaponiyanın payına düşüb.