Azərbaycan Mordoviyadan 19 ton quş əti idxal edib

Biznes
  • 14 sentyabr, 2022
  • 10:07
Azərbaycan Mordoviyadan 19  ton quş əti idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Mordoviya və Penza üzrə idarəsinin mütəxəssislərinin nəzarəti altında bu il sentyabrın 9-da Çamzinski rayonunda yerləşən ət emalı müəssisəsindən 19 ton quş əti və yarımfabrikatın I partiyası Azərbaycana göndərilib

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, məhsullar göndərilməmişdən əvvəl qurumun Heyvan Sağlamlığı Federal Mərkəzi (FSBI ARRIAH) onları keyfiyyət və təhlükəsizlik üçün sınaqdan keçirib.

İxrac üçün nəzərdə tutulan ərzaq məhsulları Azərbaycanın baytarlıq-sanitariya tələblərinə tam cavab verib.

44 filmi