Azərbaycan Monteneqroda ticarət evi açacaq

Azərbaycan Monteneqroda ticarət evi açacaq “Bu gün biz Monteneqroda Azərbaycan Ticarət Evinin yaradılması ilə bağlı razılığa gəldik”.
Biznes
25 İyun , 2019 16:57
Azərbaycan Monteneqroda ticarət evi açacaq

“Bu gün biz Monteneqroda Azərbaycan Ticarət Evinin yaradılması ilə bağlı razılığa gəldik”.

“Report” xəbər verir ki, bunu Monteneqronun iqtisadiyyat naziri xanım Draqitsa Sekuliç deyib.

Onun sözlərinə görə, bu vaxta qədər Azərbaycanın Monteneqroda mədəniyyət mərkəzi fəaliyyət göstərib: "Bu, bizim üçün çox əhəmiyyətlidir. Çünki burada mədəni məlumat mübadiləsi və mədəniyyətlə bağlı təqdimatlar keçirilir. Azərbaycan Ticarət Evinin yaradılması hesabına isə həm Azərbaycan, həm də Monteneqro şirkətləri özlərini burada təşviq etmək imkanı qazanacaq, həm də hər iki ölkə gələcək investisiya imkanlarını təqdim edəcəklər".

Son xəbərlər

Orphus sistemi