Azərbaycan Moldovaya yaşıl çay ixracını 3 dəfə artırıb

Biznes
  • 06 noyabr, 2023
  • 11:24
Azərbaycan Moldovaya yaşıl çay ixracını 3 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 927 min ABŞ dolları dəyərində 122,2 ton yaşıl çay idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 % çoxdur, kəmiyyət olaraq – 4 % azdır.

Azərbaycan Rusiyadan 310 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 11 % azdır) 36,6 ton (-10 %), Çindən 180,1 min ABŞ dolları dəyərində (-17 %) 48,4 ton (-24 %), İrandan 106,6 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 15,7 ton (+2,6 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən 105 min ABŞ dolları dəyərində (+57 %) 9,1 ton (+50 %), Türkiyədən 103 min ABŞ dolları dəyərində (+3 %) 6,6 ton (+26 %) yaşıl çay alıb.

Hesabat dövründə Azərbaycan 258,2 min ABŞ dolları dəyərində (+4 %) 41,4 ton (-32 %) yaşıl çay ixrac edib.

Azərbaycan Ukraynaya 175,21 min ABŞ dolları dəyərində (+72 %) 30 ton (+55 %), Gürcüstana 17,4 min ABŞ dolları dəyərində (-15 %) 2,2 ton (-22 %), Moldovaya 13,2 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 2,11 ton (+3 dəfə), Özbəkistana 10,32 min ABŞ dolları dəyərində (+64 %) 1,8 ton (+76 %), İsrailə 10 min ABŞ dolları dəyərində (+31 %) 1,7 ton (+9 %) yaşıl çay satıb.