Azərbaycan Moldovadan peçenye tədarükünü bərpa edib

Biznes
  • 26 dekabr, 2023
  • 12:15
Azərbaycan Moldovadan peçenye tədarükünü bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 33 milyon ABŞ dolları dəyərində 15 min 556 ton şirin quru peçenye idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən lin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 14 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 13,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 4 min ton (+7,1 %), Rusiyadan 6,1 milyon ABŞ dolları dəyərində (-6 %) 2 968 ton (+6,1 %), İrandan 5,2 milyon ABŞ dolları dəyərində (+15 %) 6 min 379 ton (+15 %), Ukraynadan 2,4 milyon ABŞ dolları dəyərində (+50 %) 891 ton (+43 %), Qazaxıstandan 1,65 milyon ABŞ dolları dəyərində (+35 %) 430 ton (+13 %) məhsul alıb.

Azərbaycan 7 il 6 aylıq fasilənin ardından Moldovadan (22,55 min ABŞ dolları dəyərində 8,65 ton) peçenye tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (34 ölkədən) idxal edilmiş 34,5 milyon ABŞ dolları dəyərində peçenyenin 39,5 %-i Türkiyənin, 23,1 %-i Rusiyanın, 16,5 %-i İranın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti