Azərbaycan Misirə metanol ixracını bərpa edib
- 05 iyul, 2024
- 13:30
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində 148 min ton metanol (metil spirti) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 % azdır, kəmiyyət olaraq – 6 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 8,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 42 % çoxdur) 45 min 118 ton (+56 %), İtaliyaya 5,3 milyon ABŞ dolları dəyərində (-24 %) 26 min 717 ton (-14 %), İsrailə 4,3 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 22 min 696 ton (+2,8 dəfə), Sloveniyaya 3,65 milyon ABŞ dolları dəyərində (+93 %) 18 min 575 ton (+2,3 dəfə), Niderlanda 3,3 milyon ABŞ dolları dəyərində (-17 %) 16 min 550 ton (-11 %) məhsul satıb.
Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Misirə (1,3 milyon ABŞ dolları dəyərində 6,1 min ton) metanol ixracını bərpa edib.
2023-cü ildə Azərbaycandan 10 ölkəyə ixrac edilmiş 501 min 571 ton metanolun 22 %-i Türkiyənin, 17,1 %-i Rumıniya, 15,5 %-i İtaliyanın payına düşüb.