Azərbaycan Misirdən xurma idxalını bərpa edib

Biznes
  • 26 aprel, 2023
  • 10:35
Azərbaycan Misirdən xurma idxalını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 2,6 milyon ABŞ dolları dəyərində 1 min 877 ton xurma (təzə və ya qurudulmuş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 29,4 % çoxdur.

Hesabat dövründə İrandan 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38,4 % çoxdur) 1 min 430 ton (+38,2 %), Tunisdən 695,2 min ABŞ dolları dəyərində (+77,3 %) 394 ton (+81,6 %), Səudiyyə Ərəbistanından 143 min ABŞ dolları dəyərində (+6,1 dəfə) 22,6 ton (+6,4 dəfə), Misirdən 78,4 min ABŞ dolları dəyərində 12,1 ton, İsraildən 68,3 min ABŞ dolları dəyərində (-53,6 %) 8,5 ton (-59,1 %) məhsul gətirilib.

Bir il 6 aylıq fasilənin ardından Azərbaycan Misirdən xurma idxalını bərpa edib.