Azərbaycan Misirdən peçenye tədarük etməyə başlayıb

Biznes
  • 10 dekabr, 2024
  • 06:03
Azərbaycan Misirdən peçenye tədarük etməyə başlayıb

Bu ilin ilk 9 ayı ərzində Azərbaycan 31,14 milyon ABŞ dolları dəyərində 14 min 159 ton şirin quru peçenye idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 7,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 13 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % çoxdur) 3 min 720 ton (+9 %), Rusiyadan 5,63 milyon ABŞ dolları dəyərində (+9 %) 2 min 756 ton (+10 %), İrandan 4,63 milyon ABŞ dolları dəyərində (+5 %) 5 min 481 ton (+1,3 %), Ukraynadan 3 milyon ABŞ dolları dəyərində (+54 %) 1 min 97 ton (+53 %), Qazaxıstandan 1,5 milyon ABŞ dolları dəyərində (+3,5 %) 381 ton (+1,3 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Misirdən (28,45 min ABŞ dolları dəyərində 3,15 ton) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti